Birxeber.az / Haaqada eritreyalıların iştirakı ilə iğtişaşlar olub

Haaqada eritreyalıların iştirakı ilə iğtişaşlar olub

18-02-2024, 05:40

Niderlandın Haaqa şəhərində iki qrup Eritreya vətəndaşının iştirakı ilə iğtişaşlar baş verib, polis gözyaşardıcı qazdan istifadə edib.

“Report” xəbər verir ki, bu barədə NL Times məlumat yayıb.

Nəşr qeyd edir ki, iğtişaşlar tədbir pavilyonunun ərazisində iki qrup eritreyalılar arasında qarşıdurmadan sonra baş verib. İğtişaşçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, velosiped və yol nişanları atıblar.

Nəşr ANP agentliyinə istinadən vurğulayır ki, insident çərçivəsində iki polis maşını yandırılıb, pavilyonun şüşələri sındırılıb.

İştirakçılar polis furqonları və gözyaşardıcı qazın köməyi ilə dağıdılıb. Haaqa şəhərinin meri Yan van Zanen onun istifadəsinə icazə verib.

Nəşrin məlumatına görə, toqquşmanın nədən baş verdiyi və zərərçəkmişlərin olub-olmadığı hələlik məlum deyil.

Geri qayıt