Birxeber.az / Blinken İsrail Prezidenti ilə girovların azad olunmasını müzakirə edib

Blinken İsrail Prezidenti ilə girovların azad olunmasını müzakirə edib

18-02-2024, 04:50

ABŞ dövlət katibi Entoni Blinken Münxendə İsrail Prezidenti İsxak Hersoqla görüşüb.

APA xəbər verir ki, bu barədə Blinken X hesabında bildirib.

"Girovların sərbəst buraxılması və humanitar fasilənin uzadılması səyləri haqqında danışdıq. Mən regionda həm israillilər, həm də fələstinlilər üçün təhlükəsizliyi təmini üçün sülhün əldə edilməsinin vacibliyini vurğuladım", - deyə vurğulanıb.

Geri qayıt