Birxeber.az / Muxtar Babayev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində COP29-la bağlı panel müzakirəyə qatılıb

Muxtar Babayev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində COP29-la bağlı panel müzakirəyə qatılıb

17-02-2024, 19:50

COP29-un Prezidenti təyin edilmiş Muxtar Babayev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “COPing Mechanism: Beynəlxalq İqlim Diplomatiyasının Perspektivləri” adlı panelə qatılıb.

Birxeber.Az xəbər verir ki, azərbaycanlı nazir COP29-un son COP-larda əldə olunan nailiyyətlərə necə öz töhfə verəcəyini açıqlayıb.

O, Azərbaycanın Qlobal Şimal və Qlobal Cənub arasında körpü yaradan interkonnektor kimi çıxış edəcəyini vurğulayıb.

Panel zamanı nazir Muxtar Babayev bütün maraqlı tərəfləri şəffaf və əhatəli olacaq COP29-a Bakıda töhfə verməyə dəvət edib. O, həmçinin Azərbaycanın yaşıl enerjiyə intensiv sərmayəsini vurğulayıb.

Paneldə Barbadosun Baş naziri Mia Mottli, İqlim Fəaliyyəti üzrə Aİ Komissarı və Niderland Krallığının keçmiş xarici işlər naziri Vopke Hoekstra, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının administratoru Achim Steiner, Greenpeace International-ın icraçı direktoru Mads Flarup Christensen, Almaniyanın Beynəlxalq İqlim Fəaliyyəti üzrə Xüsusi Elçisi Cennifer Morqan iştirak edib.

Geri qayıt