Birxeber.az / BŞİH: Şəhidlər xiyabanında hazırlıq işləri başa çatıb

BŞİH: Şəhidlər xiyabanında hazırlıq işləri başa çatıb

20-01-2024, 09:50

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz dördümcü ildönümü ilə bağlı hazırlıq işləri başa çatıb.

Bu barədə Birxeber.Az-ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, xiyabanın ərazisi daim Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir.

"Ənənəvi olaraq faciənin ildönümü ilə bağlı burada Hüzn günü ilə bağlı hazırlıq işləri aparılır, müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılıb. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunublar. Artıq hazırlıq işləri başa çatıb.

BŞİH-nin qurumlarının əməkdaşları yanvarın 20-də Xiyabanın ərazisində vətəndaşların ziyarətinin təşkili üçün lazımı tədbirlər həyata keçirəcəklər. Eyni zamanda kommunal, təsərrüfat xidmətləri işçilərinin, təcili təxirəsalınmaz tibbi yardım briqadalarının bütün gün ərzində növbətçiliyi təşkil edilib", - məlumatda deyilir.

Geri qayıt