Birxeber.az / Şolts: Almaniya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyə hazırdır

Şolts: Almaniya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyə hazırdır

17-02-2024, 15:50

Almaniya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün hər zaman öz töhfəsini verməyə hazırdır.

APA-nın Münxenə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts Azərbaycan, Almaniya və Ermənistan liderlərinin Münxendə keçirilmiş birgə görüş zamanı bildirib.

Şolts qeyd edib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bu istiqamətində səylərini dəstəkləyir.

Şolts sülh üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb: "COP29-un Azərbaycanda keçirilməsi sülh gündəliyinin inkişafı etdirilməsi üçün əlverişli imkanlar yaradır".

Geri qayıt