Birxeber.az / “İnter” klubu tarixinin ən uğurlu ikinci göstəricisinə imza atıb

“İnter” klubu tarixinin ən uğurlu ikinci göstəricisinə imza atıb

17-02-2024, 14:40

İtaliyanın “İnter” klubu tarixinin ən uğurlu ikinci göstəricisinə imza atıb.

“Birxeber.Az” xəbər verir ki, “neradzurra” A Seriyasının XXV turunda “Salernitana”nı 4:0 hesabı ilə məğlub edərək buna nail olub.

Milanlılar ölkə çempionatının ilk 24 oyununda 20 qələbə qazanıblar. Bu baxımdan rekord 2006/2007 mövsümündəki 21 qalibiyyətdir. Simone İnzaqinin kollektivi cari mövsüm digər 4 görüşün 3-də heç-heçə edib, yalnız 1 dəfə məğlub olub.

Qeyd edək ki, hazırda turnir cədvəlinə başçılıq edən “İnter” (63 xal) ən yaxın izləyicisi “Yuventus”u 10 xal qabaqlayır.

Geri qayıt