Birxeber.az / Gəncədə 5 otaqlı ev tamamilə yanıb

Gəncədə 5 otaqlı ev tamamilə yanıb

17-02-2024, 12:40

Gəncə şəhərində fərdi evdə yanğın olub.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Ordubadi küçəsi 101 ünvanında yerləşən, 1995-ci il təvəllüdlü E.Aslanova məxsus evdə qeydə alınıb.

Ümumi sahəsi 220 kvadratmetr olan 5 otaqlı evdə baş vermiş yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Qeyd edək ki, hadisə nəticəsində ev içərisindəki əşyalarla birgə tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt