Birxeber.az / Neçirvan Bərzani COP29-da iştirak etməsi üçün Azərbaycana səfərə dəvət olunub

Neçirvan Bərzani COP29-da iştirak etməsi üçün Azərbaycana səfərə dəvət olunub

17-02-2024, 12:40

İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzani COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət olunub.

"Report" xəbər verir ki, dəvət Prezident İlham Əliyevin fevralın 17-də Münxendə Neçirvan Bərzani ilə görüşü zamanı gerçəkləşib.

Xatırladaq ki, bu il Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib.

Geri qayıt