Birxeber.az / Xankəndidə ötən gün xeyli sayda odlu silah və partlayıcı vasitələr aşkarlanıb

Xankəndidə ötən gün xeyli sayda odlu silah və partlayıcı vasitələr aşkarlanıb

17-02-2024, 10:50

Xankəndidə xeyli sayda odlu silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Birxeber.Az-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 16-da Xankəndi şəhəri ərazisində 2 ədəd avtomat silahı, 4 tüfəng, 1 tapança, 1 qumbaraatan, 9 ədəd qumbara, 19 qumbara alışdırıcısı, 11 ədəd patron darağı, 846 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Geri qayıt