Birxeber.az / Obamanın keçmiş həkimi Baydenin koqnitiv testdən keçməyi tələb edib

Obamanın keçmiş həkimi Baydenin koqnitiv testdən keçməyi tələb edib

17-02-2024, 03:50

Keçmiş ABŞ prezidenti Barak Obamanın həkimi olmuş respublikaçı konqresmen Ronni Cekson 80-dən çox həmkarı ilə birlikdə hazırkı Amerika lideri Co Baydenə məktub yazaraq onu koqnitiv testdən keçməyə və nəticələri Amerika xalqına bildirməyə çağırıb.

APA-nın verdiyi məlumata görə, Cekson mesajında ​​qeyd edir ki, o, keçmiş prezidentlərin həkimi kimi bunun çox ağır iş olduğunu bilir. Eyni zamanda, o qeyd edir ki, prezidentin sağlamlığının yerində olmaması ölkənin mövcudluğunu təhdid edə bilər.

Geri qayıt