Birxeber.az / Qış Azərbaycan birinciliyində ilk günün növlər üzrə qalibləri müəyyənləşib

Qış Azərbaycan birinciliyində ilk günün növlər üzrə qalibləri müəyyənləşib

16-02-2024, 23:40

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında qış Azərbaycan birinciliyində ilk günün növlər üzrə qalibləri müəyyənləşib.

“Report”un məlumatına görə, 2007-2008-ci il təvəllüdlü oğlanlar 60 m, qızlar isə 1500 m və 60 m məsafəyə qaçışda qüvvələrini sınayıblar.

Oğlanlar
60 m: 1. Elgün Vəliyev, 2. Rüfət Məmmədov, 3. Hüseyn İsmailzadə.

Qızlar
60 m: 1. Bahar Mustafayeva, 2. Safiya Kərimova, 3. Səlma Ağabəyova.
1500 m: 1. Zəhra Hüseynzadə, 2. Zəhra Şirəliyeva, 3. Elina Yusupova.

Geri qayıt