Birxeber.az / “Azercell Biznes” tətbiqinin funksional imkanları genişləndirilib

“Azercell Biznes” tətbiqinin funksional imkanları genişləndirilib

16-02-2024, 15:50

Yenilənmiş “Azercell Biznes” ilə korporativ nömrələrə mərkəzləşdirilmiş nəzarət indi daha asan oldu!

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell Biznes” tətbiqində özünəxidmət funksiyalarını genişləndirir. Korporativ abunəçilərin məsul şəxsləri tərəfindən idarəolunan bu tətbiq vasitəsilə nömrələr üzərində aparılan əməliyyatları indi daha rahat və operativ şəkildə həyata keçirmək mümkündür.

Rəqəmsal yenilikləri hər kəs üçün əlçatan etməyə çalışan şirkət bu platforma çərçivəsində mühüm yenilik təqdim edir. Belə ki, artıq görmə qabiliyyəti məhdud olan şəxslər də tətbiqdən rahatlıqla yararlana bilərlər. Bunun üçün Android cihazlarda “TalkBack”, iPhone-larda isə “VoiceOver” funksiyasını aktivləşdirmək kifayət edir.

Eyni zamanda, korporativ yönümlülüyü, funksionallığı və innovativ dizaynı ilə seçilən “Azercell Biznes” bir çox yeni xidmət çeşidini təklif edir:

Xatırladaq ki, platforma müştəri məlumatlarının məxfiliyini və əməliyyatların təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Belə ki, tətbiq daxilində paylaşılan bütün mesajlar, ödəniş detalları, fayllar və məlumatlar ən müasir şifrləmə texnologiyası vasitəsilə qorunur. Müxtəlif istifadəçi bazasına xidmət edən rəqəmsal platforma Azərbaycan, rus və ingilis dillərini dəstəkləyir.

Korporativ nömrələri vahid məkandan idarə etmək imkanı verən “Azercell Biznes” tətbiqini ödənişsiz əsaslarla "AppStore", "Google Play""AppGallery"dən yükləmək mümkündür.

Tətbiqin bütün funksiyaları ilə Azercell Biznes səhifəsinə keçid edərək tanış ola bilərsiniz.

Geri qayıt