Birxeber.az / Sumqayıtda binanın zirzəmisindən çürümüş meyit tapılıb

Sumqayıtda binanın zirzəmisindən çürümüş meyit tapılıb

16-02-2024, 15:40

Sumqayıtda binanın zirzəmisindən çürümüş kişi meyiti tapılıb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə 11-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, ərazidə yerləşən binalardan birinin zirzəmisindən təxminən 45-50 yaşlarında kişi meyiti aşkarlanıb. Meyitdə çürümə prosesinin başladığı müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Geri qayıt