Birxeber.az / Türk Mədəniyyəti və İrsi Fondu Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktını qınayıb

Türk Mədəniyyəti və İrsi Fondu Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktını qınayıb

16-02-2024, 13:50

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Fransada Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktına dair bəyanat yayıb.

Fonddan APA-ya daxil olan xəbər verir ki, bəyanatda deyilir ki, Türk Mədəniyyəti və İrsi Fondu Fransada Azərbaycanın tanınmış şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş qeyri-etik hərəkəti şiddətlə qınayır, bunu qədim və zəngin ümumtürk mədəni irsinə qarşı törədilmiş vandalizm aktı kimi qiymətləndirir.

“Türk Mədəniyyəti və İrsi Fondu bu kimi hərəkətlərin qarşısının alınması və dünyadakı Türk mədəni irs nümunələrinin qorunub saxlanmasına diqqətlə yanaşmağı tələb edir”, - bəyanatda qeyd olunub.

Geri qayıt