Birxeber.az / Türkiyə İsveçin NATO-ya üzvlük üçün müraciətini təsdiqləyib

Türkiyə İsveçin NATO-ya üzvlük üçün müraciətini təsdiqləyib

24-01-2024, 04:50

Türkiyə İsveçin NATO-ya üzvlüklə bağlı müraciətini təsdiqləyib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, Türkiyə Böyük Millət Məclisi (TBMM) sözügedən sənədi ratifikasiya edib.

Sənədin lehinə 287 parlament üzvü səs verib. 55 nəfər sənədin əleyhinə səs verib, 4 nəfər bitərəf qalıb.

Geri qayıt