Birxeber.az / Abşeronda gözdən əlil qadın sirkə turşusundan zəhərlənərək ölüb

Abşeronda gözdən əlil qadın sirkə turşusundan zəhərlənərək ölüb

16-02-2024, 12:50

Abşeronda gözdən əlil qadın səhvən sirkə turşusu içərək ölüb.

APA xəbər verir ki, hadisə "Abşeron şəhərciyi"ndə baş verib.

Birinci qrup gözdən əlil, 1954-cü il təvəllüdlü Abdullayeva Gözəl Qafar qızı yaşadığı ünvanda səhvən sirkə turşusu içib.

G. Abdullayeva xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

Geri qayıt