Birxeber.az / Lavrov: Britaniyanın Ukrayna ilə bağlı mövqeyi ABŞ-dən daha aqressivdir

Lavrov: Britaniyanın Ukrayna ilə bağlı mövqeyi ABŞ-dən daha aqressivdir

16-02-2024, 12:50

Böyük Britaniyanın Ukrayna münaqişəsindəki mövqeyi ABŞ-nin xəttindən daha aqressivdir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ukraynaya uzaqmənzilli raketlər tədarük etməyi tövsiyə edib:

"Əldə etdiyimiz məlumatlara görə, Aİ “Rusiyanın ürəyinə çatmaq”dan ötrü uzaqmənzilli silahların Ukraynaya tədarükü haqqında tövsiyə hazırlayıb".

Geri qayıt