Birxeber.az / Paşinyan Almaniyaya yola düşüb

Paşinyan Almaniyaya yola düşüb

16-02-2024, 10:50

Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Almaniyanın Münhen şəhərinə yola düşüb.

Birxeber.Az xəbər verir ki, bu barədə onun mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.

Paşinyan 16-18 fevral tarixlərində Almaniyada səfərdə olacaq, Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək, həmçinin bir sıra xarici ölkə rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.

Geri qayıt