Birxeber.az / Münhen Təhlükəsizlik Konfransında Türkiyəni təmsil edəcək şəxs məlum olub

Münhen Təhlükəsizlik Konfransında Türkiyəni təmsil edəcək şəxs məlum olub

16-02-2024, 10:50

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın 60-cı Münhen Təhlükəsizlik Konfransında ölkəsini təmsil edəcək.

Birxeber.Az xəbər verir ki, bu barədə “TRT Haber” mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İbrahim Kalın xarici ölkələrdən olan həmkarları ilə kəşfiyyat diplomatiyası çərçivəsində ikitərəfli müzakirələr aparacaq.

Görüşlərdə regional və qlobal problemlər, terrorla mübarizə, Qəzza zolağındakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr, kiber və mütəşəkkil cinayətkarlıqla mübarizə məsələləri də müzakirə olunacaq.

Geri qayıt