Birxeber.az / Bakıda ana və oğlu yol qəzasında xəsarət alıb

Bakıda ana və oğlu yol qəzasında xəsarət alıb

16-02-2024, 09:40

Bakının Suraxanı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1978-ci il təvəllüdlü Samirə Rüstəmova və övladı, 1998-ci il təvəllüdlü Rüstəmov İbrahim Seyidağa oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə paytaxtda yerləşən özəl xəstəxanaların birinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Geri qayıt