Birxeber.az / Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

16-02-2024, 08:50

Milli Hidrometeorologiya Xidmətinin fevralın 16-sı saat 08:00-a olan məlumatına əsasən
əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır.

Qar örtüyünün hündürlüyü: Şahbuzda 2 sm, Xınalıq, Şahdağ, Xaltan, Qrızda 1 sm-dir.

Göygöl, Naftalan, Şəkmir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Cəfərxan, Quba, Qusar, Şabran, Xaltan, Tərtər, Gəncə, Göyçay, Yardımlı, Lerik, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunur və görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 3-6 dərəcə isti, (dağlıq ərazilərdə 2 dərəcəyədək şaxta), Aran rayonlarında 5-7 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta var.

Geri qayıt