Birxeber.az / "Braqa"nın baş məşqçisi: "Bizim üçün ağır məğlubiyyətdir"

"Braqa"nın baş məşqçisi: "Bizim üçün ağır məğlubiyyətdir"

16-02-2024, 03:40

Bizim üçün çox ağır məğlubiyyətdir.

"Birxeber.Az" xəbər verir ki, bunu "Braqa"nın baş məşqçisi Artur Jorje Portuqaliyada "Qarabağ"a 2:4 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra "Sport TV"yə açıqlamasında deyib.

Mütəxəssis komanda olaraq bir araya gəlməli olduqlarını bildirib: "Dərhal bunu tətbiq edəcəyik. Növbəti həftə bizi cavab qarşılaşmasının gözlədiyini bilirik. Bu, istədiyimiz nəticə deyil. Səfərdə 3:0 hesablı qələbə lazımdır. Çox çətindir. Üzərimizə böyük məsuliyyət düşür".

Baş məşqçi azarkeşlərin narazılığı haqqında da danışıb: "Onları başa düşürəm. Narazılıq, məyusluq, hətta kədəri də hiss edirəm. Daha çox çalışmalıyıq və iş görməliyik. Fanatlarımızın bizim yanımızda olmasını istəyirik".

Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

Geri qayıt