Birxeber.az / Qəzzada ölənlərin sayı 28 min 663-ə yüksəlib

Qəzzada ölənlərin sayı 28 min 663-ə yüksəlib

16-02-2024, 01:50

Ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 28 min 663-ə yüksəlib.

APA xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı sözçüsü Əşrəf əl-Qudra qeyd edib.

Qudra, İsrail qüvvələrinin son hücumlarında daha 104 fələstinlini yaraladığını və Qəzza zolağında yaralananların ümumi sayının 68 min 395-ə çatdığını bildirib.

Səhiyyə Nazirliyinin sözçüsü, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiklərini vurğulayıb.

Geri qayıt