Birxeber.az / Bakıda avtomobil yanıb - FOTO

Bakıda avtomobil yanıb - FOTO

15-02-2024, 21:50

Bakının Xətai rayonunda maşın yanaraq yararsız vəziyyətə düşüb.

Birxeber.Az xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

Dövlət qeydiyyat nişanı 77 - YX - 350 olan 'Mercedes' markalı nəqliyyat vasitəsinin sürücüsü hərəkətdə olarkən mühərrik hissədə qəfil alışma olub.

Əraziyə FHN-in yanğınsöndürmə briqadası cəlb edilib. Maşında olan alovun qarşısı alınıb. Buna baxmayaraq, avtomobilin salon hissəsi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hazırda yanğının dəqiq başvermə səbəbləri araşdırılır.

Geri qayıt