Birxeber.az / DİN və Penitensiar xidmət Balakəndə birgə əməliyyat keçirib

DİN və Penitensiar xidmət Balakəndə birgə əməliyyat keçirib

15-02-2024, 19:40

Fevralın 15-də Ədliyyə Nazirliyi Penitensiar xidməti əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Elşən Zeynəddin oğlu Orucova məxsus bir ədəd “Kalaşnikov” markalı avtomat silah və 1 ədəd həmin silaha aid daraq Balakən rayonu Mahamalar kəndi ərazisində aşkar edilərək götürülüb.

Bu barədə "Report"a Penitensiar xidmətdən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt