Birxeber.az / Masallıda sabah 4 kənddə qaz təchizatında məhdudiyyət yaranacaq 

Masallıda sabah 4 kənddə qaz təchizatında məhdudiyyət yaranacaq 

15-02-2024, 18:40

Sabah Masallı rayonunun 4 kəndində qaz təchizatında məhdudiyyət yaranacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, Masallı rayonunun Bambaşı kəndində diametri 273 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttində aşkar edilmiş yeraltı qaz sızmasını aradan qaldırmaq üçün Bambaşı, Böyük Xocavar, Yeyənkənd kəndlərinin və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla ümumilikdə 1 800 abonentin qaz təchizatının sabah saat 10:00-dan iş yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Geri qayıt