Birxeber.az / Daha bir avtobus nağdsız ödəniş sisteminə keçir

Daha bir avtobus nağdsız ödəniş sisteminə keçir

15-02-2024, 16:50

AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Birxeber.Az-Economics"ə verilən xəbərə görə, fevralın 17-dən "20 Yanvar" metrostansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrutu nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Geri qayıt