Birxeber.az / “Real” klub tarixinin ən yaxşı nəticəsinə imza atıb

“Real” klub tarixinin ən yaxşı nəticəsinə imza atıb

15-02-2024, 16:40

İspaniyanın “Real” klubu tarixinin ən yaxşı nəticəsinə imza atıb.

“Birxeber.Az” xəbər verir ki, Madrid təmsilçisi mövsüm ərzində keçirdiyi ilk 35 matçdakı göstəriciləri ilə bunu reallaşdırıb.

Son olaraq UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Almaniya “Leyptsiq”ini məğlub edən (1:0) “Kral klubu” bütün turnirlərdə 35 matçın 29-da qələbə qazanıb.

Bu, bütün mövsümlərin eyni dövrü üçün klub rekordudur. Əvvəlki rekord 28 qələbə ilə 2011/2012, 2013/2014 və 2014/2015 mövsümlərinə məxsus olub.

Karlo Ançelottinin kollektivi 2023/2024 mövsümündə cəmi 2 dəfə məğlub olub. Bunun hər ikisi “Atletiko” ilə qarşılaşmalara təsadüf edib. “Atletiko” Madrid derbisində bir dəfə La Liqa, bir dəfə isə İspaniya Kral Kuboku görüşündə qələbə sevinci yaşayıb.

Geri qayıt