Birxeber.az / Xaçmazda iki yük avtomobili toqquşub, ölən və ağır yaralılar var

Xaçmazda iki yük avtomobili toqquşub, ölən və ağır yaralılar var

15-02-2024, 16:40

Xaçmaz rayonunun Mürşüdoba kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Birxeber.Az”un Şimal bürosunun məlumatına görə, “Ford” markalı yük avtomobili ikiqoşqulu “Mercedes” markalı yük avtomobilli ilə toqquşub.

Nəticədə bir nəfər ölüb. Ağır xəsarətlər alan 2 nəfər isə Təcili Tibbi Yardım briqadalarının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt