Birxeber.az / Beynəlxalq Enerji Agentliyi qlobal neft hasilatı üzrə proqnozunu artırıb

Beynəlxalq Enerji Agentliyi qlobal neft hasilatı üzrə proqnozunu artırıb

15-02-2024, 15:50

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün gündəlik qlobal neft hasilatı üzrə proqnozunu artırıb.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, agentlik 2024-cü ildə gündəlik qlobal neft tədarükünün 1,7 mln. barel artaraq 103,8 mln. barel çatacağını ehtimal edir (öncəki proqnoz – 103,5 mln. barel).

Bildirilir ki, qlobal neft hasilatının artımı ABŞ, Braziliya, Qayana və Kanada hesabına mümkün olacaq. Proqnoza əsasən, qeyd ölkələr gələn il hasilatı 1,4 mln. barel artıracaq.

Geri qayıt