Birxeber.az / Pentaqon İraqda İranın dəstəklədiyi qruplaşmanın obyektlərinə aviazərbələr endirib

Pentaqon İraqda İranın dəstəklədiyi qruplaşmanın obyektlərinə aviazərbələr endirib

24-01-2024, 04:40

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ordusunun şiə qruplaşması “Kətaib Hizbullah”ın hədəflərinə aviazərbələr endirdiyini təsdiqləyib.

“Birxeber.Az”un məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının rəsmi “X” hesabında məlumat verilib.

Aviazərbələrin ABŞ-ın İraqın Anbar əyalətində yerləşən Ayn əl-Əsəd hərbi bazasına hücuma cavab olaraq həyata keçirildiyi qeyd edilib.

Vurğulanıb ki, əsas hədəf “Kətaib Hizbullah”ın qərargahı və təlim bazaları olub.

Qeyd edək ki, sonuncu dəfə İraqda, Ayn əl-Əsəddəki aviabazasına güclü raket hücumu nəticəsində Birləşmiş Ştatların bir neçə hərbçisi yaralanıb.

Geri qayıt