Birxeber.az / Aleksandr Lukaşenko Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Aleksandr Lukaşenko Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

15-02-2024, 15:40

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Məhərrəm Əliyevin etimadnaməsini qəbul edib.

“Birxeber.Az” bu barədə BELTA-ya istinadən xəbər verir.

“Biz Azərbaycanla strateji tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk”, - Aleksandr Lukaşenko görüş zamanı vurğulayıb.

O, həmçinin maraq doğuran sahələrdə məsələlərin həlli üçün iki ölkə liderləri arasında razılaşmalardan daha fəal istifadə etməyi təklif edib.

Geri qayıt