Birxeber.az / Digər dövlətdə qeydiyyatda olan mülki təyyarələrin heyətinə dair tələblərin həyata keçirilməsi qaydası hazırlanacaq

Digər dövlətdə qeydiyyatda olan mülki təyyarələrin heyətinə dair tələblərin həyata keçirilməsi qaydası hazırlanacaq

15-02-2024, 13:50

Digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin həyata keçirilməsi qaydası hazırlanacaq.

Birxeber.Az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Aviasiya haqqında” qanunun tətbiqi barədə fərmanında əksini tapıb.

Nazirlər Kabineti 9 ay müddətində digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin həyata keçirilməsi qaydasını hazırlamalıdır.

Geri qayıt