Birxeber.az / Uçuş qaydalarını pozan təyyarə yerə endirildikdən sonra uçuşun davamına icazə verilməsi qaydası müəyyənləşəcək

Uçuş qaydalarını pozan təyyarə yerə endirildikdən sonra uçuşun davamına icazə verilməsi qaydası müəyyənləşəcək

15-02-2024, 13:50

Uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra uçuşun davamına icazə verilməsi qaydası müəyyənləşəcək.

Birxeber.Az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Aviasiya haqqında” qanunun tətbiqi barədə fərmanında əksini tapıb.

Nazirlər Kabineti 9 ay müddətində uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra uçuşun davamına icazə verilməsi qaydasını hazırlamalıdır.

Geri qayıt