Birxeber.az / Aviasiya hadisələrinin araşdırılması üzrə daimi komissiyanın tərkibi müəyyənləşəcək

Aviasiya hadisələrinin araşdırılması üzrə daimi komissiyanın tərkibi müəyyənləşəcək

15-02-2024, 13:50

Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi və fəaliyyət qaydası müəyyənləşəcək.

Birxeber.Az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Aviasiya haqqında” qanunun tətbiqi barədə fərmanında əksini tapıb.

Nazirlər Kabineti 9 ay müddətində aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibini və fəaliyyət qaydasını hazırlamalıdır.

Geri qayıt