Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi və fəaliyyət qaydası müəyyənləşəcək.
Birxeber.Az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Aviasiya haqqında” qanunun tətbiqi barədə fərmanında əksini tapıb.
Nazirlər Kabineti 9 ay müddətində aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibini və fəaliyyət qaydasını hazırlamalıdır.