Birxeber.az / Hacıqabulda yük maşınları toqquşub, ölən var

Hacıqabulda yük maşınları toqquşub, ölən var

22-01-2024, 23:50

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, sürücü ölüb.

Birxeber.Az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.

"Ateko" markalı yük avtomobili "KamAZ" markalı maşına çırpılıb.

Nəticədə "Ateko"nun sürücüsü hadisə yerində ölüb. Qəza zamanı yoldan çıxaraq aşan "KamAZ"ın sürücsü yüngül xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

Geri qayıt