Birxeber.az / Ötən ay Azərbaycanda minik avtomobili istehsalı 2 dəfə artıb

Ötən ay Azərbaycanda minik avtomobili istehsalı 2 dəfə artıb

15-02-2024, 12:40

Bu ilin yanvar ayında Azərbaycanda 406 ədəd və ya 2023-cü ilin müvafiq ayı ilə müqayisədə 211 ədəd və yaxud 2,1 dəfə çox minik avtomobili istehsal olunub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Fevralın 1-nə ölkədə 266 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ümumilikdə ölkədə 50,8 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2023-cü ilin yanvar ayı ilə müqayisədə maşın və avadanlıqların istehsalı eyni səviyyədə qalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 54,1 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,5 % azalıb.

Ötən ay Azərbaycanda 49 ədəd traktor istehsal edilib. Bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 51,5 % azalıb. Nəticədə, fevralın 1-nə ölkədə 10 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Həmçinin, bu dövrdə Azərbaycanda 63 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2023-cü ilin yanvar göstəricisi ilə müqayisədə 57,5 % çoxdur.

Geri qayıt