Birxeber.az / Lionel Messi olimpiadada iştirak etmək istəyir

Lionel Messi olimpiadada iştirak etmək istəyir

20-01-2024, 09:40

Argentina millisinin futbolçuları Lionel Messi və Anxel Di Maria Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edə bilərlər.

“Birxeber.Az”un “Dsports”a istinadən məlumatına görə, hər iki oyunçu olimpiadada oynamaq istəyir.

Ancaq bunun üçün Argentinanın olimpiya yığması KONMEBOL zonasında yanvar-fevral aylarında baş tutacaq seçmə mərhələdən olimpiadaya vəsiqə qazanmalıdır. U-23 yığmasına Xavyer Maskerano başçılıq edir.

Olimpiada iyul-avqust aylarında Fransada təşkil ediləcək. Hər komandada 23 yaşdan yuxarı 3 futbolçu çıxış edə bilər.

Qeyd edək ki, həm Lionel Messi, həm Anxel Di Maria, həm də Xavyer Maskerano 2008-ci ildə qazanılan olimpiya çempionluğu zamanı Argentina millisinin heyətində yer alıblar.

Geri qayıt