Birxeber.az / Bakıda gözəllik salonundan 4 min manatlıq oğurluq olub

Bakıda gözəllik salonundan 4 min manatlıq oğurluq olub

15-02-2024, 11:40

Bakının Nərimanov rayonunda yerləşən gözəllik salonundan 4 min manatlıq alətlərin oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın saxlanılıb.

Araşdırma aparılır.

Geri qayıt