Birxeber.az / Türkiyədə karqo gəmisi batıb, axtarış-xilasetmə tədbirləri həyata keçirilir

Türkiyədə karqo gəmisi batıb, axtarış-xilasetmə tədbirləri həyata keçirilir

15-02-2024, 10:40

Türkiyənin Marmara dənizində karqo gəmisi batıb.

“Birxeber.Az” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Balıkesir şəhəri yaxınlığında baş verib.

Gəmidə altı nəfərin olduğu bildirilir. Hazırda üç gəmi ilə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Məlumata görə, ərazidə dalğanın hündürlüyü üç metrə qədərdir.

Geri qayıt