Birxeber.az / ABŞ-də məktəbdə atışma olub, dörd şagird xəsarət alıb

ABŞ-də məktəbdə atışma olub, dörd şagird xəsarət alıb

15-02-2024, 07:50

ABŞ-nin Corciya ştatında məktəbdə atışma olub.

APA xəbər verir ki, bu barədə "Atlanta News First" bölgə nümayəndəsi məlumat yayıb.

Atlanta şəhərində baş verən hadisə nəticəsində 4 orta məktəb şagirdi yaralanıb.

Atışma məktəb binasının qarşısındakı dayanacaqda baş verib. Onlar xəstəxanaya çatdırılıblar, hazırda həyatları üçün təhlükə yoxdur. Hadisədən sonra məktəb bağlanıb.

Polis şübhəlilərin həbsi barədə açıqlama verməyib.

Geri qayıt