Birxeber.az / Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

14-02-2024, 17:50

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizə uğurlar, qardaş xalqınıza isə daha artıq inkişaf və çiçəklənmə arzulayıram.

Zati-alinizə xoş arzu və ehtiramımızı bildiririk".

Geri qayıt