Birxeber.az / Səudiyyə Ərəbistanının vəliəhdi Prezident İlham Əliyevi təbrik edib

Səudiyyə Ərəbistanının vəliəhdi Prezident İlham Əliyevi təbrik edib

14-02-2024, 17:50

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Birxeber.Az xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizə müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə daha çox tərəqqi və inkişaf diləyirəm".

Geri qayıt