Birxeber.az / Britaniya və ABŞ husilərin mövqelərinə yeni zərbələr endirib

Britaniya və ABŞ husilərin mövqelərinə yeni zərbələr endirib

14-02-2024, 16:50

Böyük Britaniya və ABŞ qüvvələri husilərin mövqelərinə zərbələr endirib.

Birxeber.Az xəbər verir ki, bu barədə husilərin nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniya və ABŞ qüvvələri husilərin hədəflərinə iki yeni zərbə endirib. Zərbələrin Əl-Hodeyda əyalətindəki Əl-Cabban ərazisinə endirildiyi bildirilib.

Geri qayıt