Birxeber.az / Ucar sakini Rusiyada yol qəzasında ölüb

Ucar sakini Rusiyada yol qəzasında ölüb

14-02-2024, 15:50

Rusiyada baş verən yol qəzasında azərbaycanlı həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, Rusiyanın Tula vilayətində ailəsi ilə birgə yaşayan, əslən Ucar rayonundan olan 2004-cü il təvəllüdlü Sənan Ağabala oğlu Qədirov ad günü məclisindən qayıdarkən sərnişini olduğu minik avtomobili işıq dirəyinə çırpılıb.

Nəticədə Sənan Qədirov dünyasını dəyişib. Məlumata görə, sürücü və digər sərnişinlər isə ağır xəsarət alıblar.

Sənan Qədirov bu gün Ucarın Lək kənd qəbiristanlığında dəfn edilib.

Geri qayıt