Birxeber.az / Barselonaya uçan təyyarə partlayıcı maddə xəbərdarlığına görə Kutaisiyə qayıdıb

Barselonaya uçan təyyarə partlayıcı maddə xəbərdarlığına görə Kutaisiyə qayıdıb

14-02-2024, 14:50

Kutaisi-Barselona reysi ilə uçan sərnişin təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra Kutaisi Beynəlxalq Hava limanına geri qayıdıb.

Birxeber.Az-nın Gürcüstan bürosu xəbər verir ki, məlumatı Kutaisi hava limanı yayıb.

Bildirilib ki, buna səbəb təyyarənin göyərtəsində partlayıcı maddə olması ilə bağlı məlumatın daxil olmasıdır. Hava limanından aidiyyəti orqanların əməkdaşlarının səfərbər edildiyi və iş apardığı bildirilib.

Geri qayıt