Birxeber.az / Türkiyədəki qızıl mədənində torpaq sürüşməsinə görə 4 nəfər tutulub

Türkiyədəki qızıl mədənində torpaq sürüşməsinə görə 4 nəfər tutulub

14-02-2024, 13:50

Türkiyənin Ərzincan vilayətindəki qızıl mədənində baş verən torpaq sürüşməsi məsələsinə görə cinayət işi açılıb.

Birxeber.Az NTV-yə istinadən xəbər verir ki, sözügedən məsələyə görə, hələlik 4 nəfər tutulub.

Xatırladaq ki, dünən günorta saatlarında baş verən sürüşmə nəticəsində, mədənin 9 işçisi torpaq altında qalıb. Onların axtarış-xilasetmə işləri davam etdirilir.

Geri qayıt