Birxeber.az / İranın neft naziri qaz kəmərindəki partlayışı terror hücumu adlandırıb

İranın neft naziri qaz kəmərindəki partlayışı terror hücumu adlandırıb

14-02-2024, 12:50

İranın cənubunda iki əsas qaz kəmərinə terror hücumu olub.

Birxeber.Az xəbər verir ki, bu barədə İranın neft naziri Cavad Ovci bildirib.

O qeyd edib ki, ölkənin cənub-qərbindəki Çaharmahal və Baxtari vilayətlərində törədilmiş təxribatçı terror hücumları nəticəsində güclü partlayış, ardınca isə yanğın baş verib.

Cavad Ovci İran Milli Qaz Şirkətinin günün ilk saatlarından etibarən vəziyyəti nəzarətə götürə bildiyini vurğulayıb.

Geri qayıt