Birxeber.az / Çin ordusuna məxsus 14 PUA Tayvana yaxınlaşıb

Çin ordusuna məxsus 14 PUA Tayvana yaxınlaşıb

14-02-2024, 11:50

Çin Silahlı Qüvvələrinə məxsus 14 pilotsuz uçuş aparatı (PUA) Tayvan adasına yaxınlaşıb.

APA xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 14 uçuş aparatından 9-u Tayvan boğazının median xəttini keçərək adanın şimal və cənub-qərb hissələrində hava hücumundan müdafiə sistemlərinin radar zonasına daxil olub.

Uçuş aparatları arasında J-16 qırıcıları, Y-8 təyyarələri və digər PUA-ların olduğu barədə məlumat da əlavə edilib.

Geri qayıt